Gürcüstanda son sutkada daha 17 530 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 39 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 5 087 nəfər müalicə olunaraq sağalıb.
Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19-a 1 092 684 nəfər yoluxub. Onların 977 832-si sağalıb, 14 813-ü isə dünyasını dəyişib.