Rusiya və Ukrayna arasında gərginlik artdıqca Britaniyanın "Reuters" xəbər agentliyi diqqəti çəkən fotolar dərc edib.
"Unikal" xəbər verir ki, fotolarda Ukrayna ordusunun üzvlərinin vətəndaşlara odlu silahdan atəş etmə məşqi keçdiyi və ağır silahlardan istifadəni nümayiş etdirdiyi görünür.
Görüntülərdə növbəyə düzülən ukraynalılar ağır silahları yoxlayır və sınaq çəkilişləri edirlər. Mümkün müharibə vəziyyətində 255 min nəfərlik orduya dəstək verməsi gözlənilən könüllülərin təlimlərə böyük maraq göstərməsi diqqət çəkib.
Bildirilir ki, baytarlıq tələbələrindən memarlara, bələdiyyə işçilərindən sürücülərə qədər bir çox insan könüllülük proqramına qatılıb.
Gülayə Mecid