Meksikada jurnalistlər həmkarlarının öldürülməsinə etiraz ediblər.
"Unikal" xəbər verir ki, son 2 həftədə 3 jurnalistin qətlə yetirildiyi ölkədə mətbuat mənsubları və fəallar hökumət binalarının ətrafına toplaşaraq zorakılığa reaksiya verib. Əraziyə çox sayda polis qüvvələri cəlb olunub.
Bununla bağlı, Meksika Daxili İşlər Nazirinin İnsan Haqları üzrə müavini Alejandro Encinas "Twitter" hesabında paylaşım edib.
"Prezident Andres Lopez Obradorun hakimiyyətə gəldiyi 2018-ci ilin dekabrından 2021-ci ilin oktyabrına qədər 47 jurnalist qətlə yetirilib. Cinayət işlərinin təxminən 10 faizi cinayətlər zamanı törədilib".
Qeyd edək ki, Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) məlumatına görə, Meksika jurnalistlərə qarşı ən şiddətli və peşəkar ölümcül yerlərdən biridir.
2000-ci ildən bəri ölkədə 148 jurnalist öldürülüb.
Gülayə Mecid