Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş nazir xəstəliyi simptomsuz keçirir. O, özünü təcrid edib və fəaliyyətini distant formada davam etdirəcək.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın birinci yoluxma halı 2020-ci ilin iyun ayında qeydə alınıb.