Rusiya Daxili İşlər Nazirliyi Rusiyada həbsdə olan dissident Aleksey Navalnının qardaşı Oleq Navalnını axtarışa verib.
"Unikal" xəbər verir ki, nazirliyin informasiya sistemindəki məlumata görə, Oleq Navalnı axtarışda olanlar siyahısına salınıb.
Oleq Navalnının vəkili Nikas Paraskevov xatırladıb ki, Navalnı əvvəllər bir il şərti həbs cəzasına məhkum edilib.
Paraskevov bildirib ki, Navalnı cəza tələblərini yerinə yetirmədiyi üçün bu siyahıya salınıb.
Gülayə Mecid