Çinin "Sinopec" neft-qaz şirkəti ölkənin şimal-qərbindəki Şunbey yatağında əlavə 88 milyon ton həcmində neft ehtiyatı aşkar edib.
"Unikal" xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi bildirib.
Qeyd olunur ki, həmin yataqda, həmçinin 29 milyard kubmetr təbii qaz ehtiyatı var.
Hazırda Şubey yatağında gündəlik hasilat həcmi 2 min tona yaxın karbohidrogen təşkil edir.
Şubey yatağı Çinin Sintszyan-Uyğur muxtar rayonu ərazisində yerləşir. 2021-ci ilin sonunda yartaqda kəşf olunmuş neft ehtiyatlarının həcmi 130 milyon tondan çox təşkil edirdi.