Çinin Vuhan Universitetinin alimləri müəyyən ediblər ki, bu yaxınlarda Cənubi Afrikada kəşf edilən “NeoCov” yarasa koronavirusu COVID-19 kimi insan hüceyrələrinə daxil ola bilir.
"Unikal" xəbər verir ki, tədqiqatçılar yazırlar ki, əgər virus insanlara keçərsə, o zaman bütün bəşəriyyət üçün növbəti təhlükəyə çevriləcək.
Alimlər qeyd ediblər ki, insanlarla vəhşi heyvanlar arasında təmas daha tez-tez baş verərsə, koronaviruslarla əlaqəli yeni pandemiyalar başlaya bilər.