ABŞ-ın dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmağı planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Blinken Dövlət Departamentində jurnalistlərə deyib.
“Moskva ABŞ-ın təhlükəsizlik zəmanətinə dair təklifə verdiyi cavabla tanış olduqdan və növbəti addımları müzakirə etməyə hazırlığını bəyan etdikdən sonra sonra xarici işlər naziri Lavrovla müzakirələr aparmağı gözləyirəm", - Blinken söyləyib.
Qeyd edək ki, ABŞ bu gün Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavab verib.