Ekoloji mədəniyyətin və sağlam ekoloji mühitin formalaşmasında, ətraf mühitin mühafizəsi prosesində məktəblilərin aktiv iştirakını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında “Məktəblilərin İctimai Şurası” yaradılır.
"Unikal" xəbər verir ki, nazirlik təbiəti sevən, ətraf mühitin qayğısına qalan, təşəbbüskar, parlaq ideyalı və liderlik bacarıqlarına malik məktəbliləri Şuraya üzv olmağa dəvət edir.
Şuraya üzv olmaq istəyənlər sənədlərini (namizədlik barədə müraciət; şəxsiyyət vəsiqəsinin surəti; tərcümeyi-hal) 28 fevral 2022-ci il tarixinədək [email protected] poçt ünvanına təqdim edilə bilərlər.
“Məktəblilərin İctimai Şurası”na üzvlük barədə elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.
http://eco.gov.az/az/nazirlik/elan?newsID=13807