"Mən 2017-ci ilin iyul ayında Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilmişəm. "Tərtər hadisələri" isə həmin ilin may ayında baş verib. Mən "Tərtər işi" ilə bağlı məhkəmə proseslərinə sədrlik etməmişəm. Həmin vaxt "Tərtər işi" ilə bağlı açılan cinayət işləri məhkəmə icraatına verilməmişdi".
Bunu "Unikal"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq şöbəsinin müdiri Kamal Əliyev deyib. O Elton Məmmədovu xüsusi ittiham qaydasında məhkəməyə verməsinin səbəbini də açıqlayıb:
"Elton Məmmədov məhkəmələrdə çıxış edir, məni cinayətkar adlandırır. Mən bilmək istəyirəm, desin görüm, hansı cinayəti törətmişəm? Mən Elton Məmmədovla bağlı məhkəməyə AMEA-nın yox, öz adımdan şikayət etmişəm. Mən onun özünə də dedim ki, AMEA-nın Prezidenti Ramiz Mehdiyev sənin şər-böhtanına dözə bilər, amma mən yox".
Murad İbrahimli