Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov xidmətdə olmalarının son yaş həddi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyevi və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində cinayətkarlıq və digər təhlükəli cinayət növləri il mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini polis general-mayoru Əkbər Yusifovla görüşüb.
"Unikal" xəbər verir ki, yolasalma mərasimində nazir uzun illər daxili işlər orqanlarında çalışmış generallara gəlcək fəaliyyətlərində uğurlar arzulayıb.