"Azərbaycanda valyuta ehtiyatlarının artması onu göstərir ki, daha çox qənaət edilir. Yəni neft və qaz ixracından gələn gəlirlərimizi daha çox yığırıq, valyuta ehtiyatlarımızı artırırıq".
"Unikal" xəbər verir ki, bunu mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
O bildirib ki, manatın məzənnəsinə AMB-nin heç bir müdaxiləsi yoxdur: "AMB əgər valyuta bazarında 230 milyon ABŞ dollardan çox vəsait alırsa, bu o deməkdir ki, biz əksinə manatın məzənnəsinin daha da möhkəmlənməsinin qarşısını almışıq".
Onun sözlərinə görə, ölkədə valyuta ehtiyatlarının artması bizim daha çox qənaət etməyimizin göstəricisidir: "2021-ci ildə tamamilə neytral bazarla üzləşmişik. 2022-ci ildə bu neytrallığın qorunacağı gözlənilir".