"Bir həftə itkin kimi axtarılan iki yaşlı uşaq və qardaşları ilə bağlı sığınacaqda reabilitasiya işləri davam etdirilir".
"Unikal" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, uşaqların psixoloji durumları ilə bağlı zəruri prosedurlar həyata keçirilir:
"Bu proseslər müəyyən vaxt tələb edir. Bu dövr başa çatdıqdan sonra digər məsələlərə də baxılacaq. Ailənin vəziyyəti, valideynlərin durumu qiymətləndiriləcək".
"Yekun olaraq uşaqların ailəyə qaytarılması və ya digər alternativ variantların gözdən keçirilməsi müzakirə ediləcək", - B.Muradova vurğulayıb.
Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.