Həbs edilən iş adamı Hafiz Məmmədov götürdüyü pul borcu müqabilində bir sıra əmlaklarını itirib.
"Unikal"-ın əldə etdiyi məlumata görə, bu əmlaklar sırasında Bakıda Səməd Vurğun 110 küçəsində yerləşən "Vurğun Residence" Premium Yaşayış Kompleksi də var. Belə ki, H. Məmmədov yaşayış kompleksini bankdan götürdüyü külli miqdarda borc müqabilində girov qoyub. Vəsaiti ödəyə bilmədiyindən həmin yaşayış kompleksi "Hafka" nın əlindən çıxıb. Onun itirdiyi digər əmlaklar isə Xarici İşlər Nazirliyinin binasının yaxınlığında olan və Həsən Əliyev küçəsində yerləşən ofislərdir.
Qeyd edək ki, külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılmasına görə, Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov həbs edilib.
Seymur Əli
Hafiz Məmmədov borca görə bu əmlaklarını itirib
22:28 28-01-2022
CƏMİYYƏT
Digər Xəbərlər
2024-11-20 16:34:41
2024-11-20 16:23:17
2024-11-20 16:20:22
2024-11-20 16:16:17
2024-11-20 15:31:53
2024-11-20 15:27:22
2024-11-20 15:23:00
2024-11-20 15:06:18
2024-11-20 15:00:28
2024-11-20 14:47:46
2024-11-20 14:42:24
2024-11-20 14:26:35
2024-11-20 14:24:00
2024-11-20 13:25:34
2024-11-20 13:16:53
2024-11-20 12:40:47
2024-11-20 12:11:46