Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq şöbəsinin müdiri Kamal Əliyev akademiyanın işlər idarəsinin sabiq müdiri Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət edib. O, Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.
"Unikal"ın məlumatına görə, məhkəmə Kamal Əliyevin iddiasını təmin edərsə, E.Məmmədov iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Qeyd edək ki, məhkəmə iclası fevral ayının 2-də Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək.
Seymur Əli