Azərbaycanlı aktrisa Sonaxanım Əliyevanın ondan üz döndərən anası vəfat edib.
"Unikal" xəbər verir ki, bir neçə gün öncə S.Əliyeva anası və qardaşıyla arasında olan problemdən danışmışdı.
Aktrisa bildirib ki, anası ondan üz döndərib: "Saytlar yazır ki, anamı atmışam. Bu belə deyil. Anam məndən üz döndərib. Mən ər xəyanəti, ana satqınlığı görmüşəm. Bəsdirin elə yazdınız".
Anasına illərdir baxdığını bildirən aktrisa qarşılığında anasının onu məhkəməyə verdiyini söyləyib.