"Bağlı yerlərdə papiros çəkmək qadağan olunsa da, zərrə qədər də əməl olunmur".
"Unikal" xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. Deputat sual edib ki, necə ola bilər ki, bütün kafe və restoranlarda, şadlıq evlərində, məclsilərdə, evlərdə, qadağan olunan digər məkanlarda və hətta hamamlarda belə tüstüdən boğulursan, amma səni küçədə papiros çəkdiyinə görə cərimə edirlər?
"Hamama pak olmağa gedirsən, tüstü bədəninə, paltarına və saçlarına hopur. Məcbursan ki, evdə yenə duş qəbul edəsən. Mən etirazımı bildirirəm və bəzən qanuna əməl olunmasənə tələb edib nail də oluram. Nə olsun ki, yenə də "köhnə hamam, köhnə tas". Bu biabırçılqıdır, qanunu ayaqlar altına salıb tapdalamqdır. Restoranlarda, kafelərdə, şadlıq evlərində tüstüdən göz göynəyir. Mən hər dəfə belə yerlərə gedəndən sonra paltarımı 3-4 gün eyvandan asıram ki, havalansın, papirosun iyrənc iyi getsin, ya da "ximçistka"ya verirəm. Papirosu çəkəndə zövq almaq olar, amma onun hopan iyisi dünyada ən pis qoxulardan biridir. Niyə vətəndaşların sağlamlığı heçə sayılır? Niyə qanunlara əməl edilmir? Parlament "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu qəbul edib və Prezident 1 dekabr 2017-ci ildə bu qanunu təsdiqləyib. Amma, qanuna məhəl qoyan yoxdur. Əgər qanun qəbul edilib həyata keçirilmirsə, bu qanunlar niyə qəbul edilir?"