"AzTV -də yayımlanan “Yüz İlin Sirləri” proqramının layihə rəhbəri və Rəsulzadə ilə bağlı sənədli filmi hazırlayan biri kimi ümumi bir açıqlama vermək istədim".
"Unikal" xəbər verir ki, bunu "Yüz ilin sirləri" verilişinin layihə rəhbəri Fəxrəddin Həsənzadə sosial şəbəkə hesabında yazıb. O bildirib ki, kanal rəhbərliyinə və hər kəsə əsaslı veriləcək cavabı, dəlilləri var:
"Amma dostlarım bilir mən belə məqamdan şou düzəltməyi yox, susmağı üstün bilirəm. Bu gündən etibarən AzTV ilə yollarımı ayırmaq qərarı verirəm. Məni tanıyan hər kəs siyasi mövqeyimi də bilir. Mənim sadəcə bir məqsədim var idi. O da dünya tarixində iz qoyan Azərbaycanlıları ətraflı tanıtmaq. Müsahibələrdə vaxtını aldığım dəyərli elm adamları və varislər haqlarını halal etsinlər. Yaranan duruma görə tamaşaçılarımızdan üzr istəyirəm. Mənim üçün bu gündən AzTV bitib".