Bu gün Londonun Westminster Magistrates məhkəməsinin hakimi "Regents" parkına baxan malikanəsi olan bir ailəyə daxil üç milyonçunun ölkəyə qanunsuz gətirdiyi pulun "çirkli pul" olması səbəbilə onların bank hesablarında depozitdə olan 5,6 milyon funt-sterlinqi Britaniyanı Milli Cinayət Agentliyinə müsadirə etmək tapşırığı verib.
"Unikal" xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.
Verilən informasiyaya görə, müsadirə olunan vəsait azərbaycanlı dərman maqnatı və deputat Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, oğlu Orxana və qardaşı oğlu Elman Cavanşirə məxsusdur.
Ailə üzvlərinin hamısı iddia edirdilər ki, onların sərvətləri Cavanşlr Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib və o, "Regents" parkının yanındakı "Kamberland terras"da ailəsinin bir neçə milyon funt-sterlinq dəyərində olan evinin də pulunu ordan ödəyib.
Lakin Westminster Magistrates məhkəməsinin hakimi Con Zani üçlüyün dondurulmuş bank hesablarında saxlanılan 15,3 milyon funt-sterlinqin 5,6 milyonun müsadirə olunmasına dair qərar çıxarıb. Müsadirə olunan pulun böyük hissəsi, 4,4 milyon funt-sterlinqi xanım Feyziyevaya məxsusdur. Cavanşir Feyziyevin oğlu Orxanın 1 milyon funt-sterlinqi, qardaşı oğlu Elmanın da 240.000 funt-sterlinqi müsadirə ediləcək.
Bu cinayət araşdırıması tam yekunlaşmadığına görə depozitdə qalan vəsait bütüövlükdə dondurulub, malikanəyə də əl qoyulub.