"Koronavirus artıq heç kimə ciddi təsir edə bilməz. Bu, virusun tamamilə zəifləmiş formasıdır".
Bunu "Unikal"a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov son günlər Azərbaycanda COVID-19 virusuna yoluxma sayının kəskin artmasına münasibət bildirərkən deyib. O bildirib ki, ölkədə yenidən sərt karantin rejiminin tətbiq edilməsinin mənası yoxdur:
"Bu, hökümətin səlahiyyətindədir. Əslində, bundan sonra karantin olmamalıdır. Bu, koronavirusun 5-ci dalğasıdır və çox zəif formasıdır. Demək olar ki, ölümcül təsiri yoxdur. Qrip kimi bir şeyə çevrilib, boş şeydir. Virus yalnız ciddi yanaşı xəstəlikləri olan insanların ölümünə səbəb ola bilər".
Murad İbrahimli