"Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin ümumi parklanma baş planı hazırlanıb".
Bunu "Unikal"a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, həmin plana uyğun olaraq əhalinin yerləşdiyi, gecə yatdığı yerlər əsas işlək küçələrə uyğun şəkildə qiymət tarifi hazırlanıb.
O qeyd edib ki, həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir.
Anar Kəlbiyev