Milli Məclisin bu gün keçirilən plenar iclasında 2022-ci il yaz sessiyası üçün qanunvericilik işləri planı təsdiqlənib.
"Unikal" xəbər verir ki, qanunvericilik işləri planına daxil olan layihələr aşağıdakılardır:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri
3. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi
4.” Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi
5. “Lombardlar haqqında” qanun layihəsi
6. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi
7. “Ali təhsil haqqında” qanun layihəsi
8. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi
9. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi
10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.
Anar Kəlbiyev