"Sosial şəbəkələrdə yayılan gorüntülərlə bağlı xidməti yoxlama başlanılıb".
Bu barədə "Unikal"a Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.
"Sürücülərin müəyyən olunması və məsələyə hüquqi qiymət verilməsi üçün araşdırma aparılır".
Qeyd edək ki, ötən gün Qaradağ rayonu Puta qəsəbəsində 99-YP-258 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilində xidmət aparan polis əməkdaşının yük avtomobili sürücülərindən rüşvət aldığı iddia edilən görüntülər yayılıb.