Azərbaycanda evdə sosial xidmət göstərilən ən yaşlı sakinin kimliyi məlum olub.
"Unikal" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, evdə sosial-məişət xidməti göstərilən ən yaşlı vətəndaş Qazax rayonunun Kəmərli kənd sakini, 1912-ci il təvəllüdlü (110 yaşlı) Leyli Cahangir qızı İsgəndərovadır.