" "Siyasi partiyalar haqqında" qanun layihəsi üzərində iş gedir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, yaxın vaxtlarda bu layihənin müzakirəyə çıxarılacağına ümid edir.
F. Ağamalı diqqətə çatdırıb ki, İnzibati Xətalar və Mülki məcəllələrinin yenidən işlənməsinə ehtiyac var:
"“Müharibə veteranları haqqında” qanun yenidən işlənməlidir. Bizim Vətən müharibəsində iştirak edən qazilərimiz, veteranlarımız var. Onların hər birinin statusunun müəyyən edilməsinə ehtiyac var”.
Anar Kəlbiyev