Bu ilin yanvar ayında əlverişsiz hava şəraiti ilə əlaqədar “Qubadlı” gömrük postundan cəmi 109 nəqliyyat vasitəsi keçib.
Bu barədə "Unikal"a Dövlət Gömrük Komitəsindən bildirilib.
Xatırladaq ki, qurumun sədri Səfər Mehdiyevin “Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrinin hesabına toplanmış vəsaitlərin məbləği (2 milyon manat) ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirə olunur. Həmin məbləğin dekabr ayında açıqlanmış məbləğdən ciddi fərqlənmədiyi qeyd edilir.
Komitə isə bəyan edib ki, ötən ay postdan keçmiş nəqliyyat vasitələrinin sayı az olduğundan dekabr və yanvar aylarında açıqlanan yekun rəqəmlərdə ciddi fərq yaranmayıb və məlumatda yanlışlıq yoxdur.