Hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının yeni sədrləri bu gündən rəsmi qaydada fəaliyyətə başlayıblar.
"Unikal" xəbər verir ki, bunu YAP sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, qısa zamanda hər bir rayon və şəhərdə partiya təşkilatlarının fəaliyyətinin daha çevik, müasir tələblərə və Prezidentin tapşırıqlarına uyğun qurulması üçün təkliflər təqdim ediləcək.