"1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.
"Unikal" xəbər verir ki, bu sözləri qaynarinfo-ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib. Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:
"İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu "Miyelit”dir (onurğa-beyin iltihabı)".
Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb: "Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdilər”.