Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 24-30 yanvar 2022-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bunu "Unikal"a Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
“Araşdırma zamanı brakonyerin Neftçala rayon sakini Ramin İmanov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb”.
B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Tovuz rayon sakini Aqil Nuruyev, Şabran şəhər sakini Sahib Tahirov, Saatlı rayon sakinləri Vəli Muradov, Fizuli Behbudov və Eldar Qasımov saxlanılıb.
"Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.