Kliniki Tibbi Mərkəzə yanvar ayı ərzində zəhərlənmə faktı ilə bağlı 167 nəfər qəbul olunub.
Mərkəzdən "Unikal"a verilən məlumata görə, xəstəxanaya yerləşdirilənlərdən 18-i sirkə turşusundan, 9-u allergiya səbəbindən, 67-si dərmandan, 5-i qidadan, 44-ü dəm qazından, 13-ü spirtli içkidən zəhərlənib. Bundan başqa qəbul olunanların 11-i isə anafilaktik şok keçirib.
Həkimlərin səyləri nəticəsində 167 nəfərdən 166-sı sağlamlığına qovuşub, 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.