Qalmaqallı, məşhur qraffiti-rəssam Benksinin hazırladığı miniatür tövlə 1 milyon funt-sterlinqə satılıb.

"Unikal" xəbər verir ki, "Anderson & Gowland" hərrac evi tərəfindən hərraca çıxarılan əl işi iki gün ərzində yeni alıcısını tapıb.

Tövlənin üzərində "Ya böyük get, ya evə get" ("Go big or go home") sözləri qeyd olunub.