Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd verənlərin sayı açıqlanıb.
"Unikal" DİM-in saytına istinadən xəbər verir ki, bu gün saat 17:35-ə qədər 1553 nəfər ərizəsini təsdiqləyib. Bunlardan 1710-u Azərbaycan, 157-si isə rus bölməsi üzrədir.
Qeyd edək ki, 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbuluna fevralın 1-dən başlayıb. Sənəd qəbulunun fevralın 10-da başa çatması nəzərdə tutulub.
Magistraturaya qəbul imtahanı isə fevralın 20-də keçiriləcək.