Xəbər verdiyimiz kimi, Xalq artisti Natiq Şirinov oğlu Ümidə toy edir.
"Unikal" xəbər verir ki, Ümid Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə ailə qurur.
Paytaxt restoranlarının birində keçirilən məclisdə ilk olaraq Quran oxunub. Toyun aparıcılığı isə Nəsib Nura həvalə olunub.
Gecədə şou-biznes nümayəndələri də iştirak edib.
Qeyd edək ki, N.Şirinov övladı üçün iki gün toy edəcək. Buna səbəb pandemiyaya görə toylarda 150 nəfərdən artıq qonağın olmasına icazə verilməməsidir. Bir neçə gün əvvəl isə Fatimə və Ümidin qız toyu olub.