Azərbaycanlı heykəltəraş Ənvər Paşanın heykəlini hazırlayıb. 

"Unikal"ın xəbərinə görə, heykəli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq ixtisası üzrə magistr tələbəsi Namiq Hüseynov diplom işi olaraq hazırlayıb. 

Qeyd edək ki, Ənvər Paşanın komandanı olduğu Qafqaz İslam Ordusu Azərbaycanı 1918-ci ildə bolşevik-daşnak qüvvələrinin törətdiyi qırğından xilas edərək ölkədə demokratik xalq cümhuriyyətinin yaradılmasına nail olub. 

Ağarza Elçinoğlu