İşğaldan azad edilmiş ərazilərdə ötən il istifadəyə verilmiş hərbi hissələrin sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə DSX-nin 19 yeni hərbi hissə kompleksi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlanılıb.
Azərbaycan-Ermənistan dövlət sərhədində “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyətə başlamış, “Füzuli” beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, İAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb.
İşğaldan asad edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yol çəkilib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib.