"Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasına Prezident təyin ediləndən sonra məni yanına çağırıb xahiş etdi ki, ona görüləcək işlərdə köməklik edim. Mən AMEA-da əmək fəaliyyətimə Yüksək Texnologiyalar Parkının direktoru kimi başladım".
"Unikal" xəbər verir ki, bunu sabiq deputat Elton Məmmədov Laf TV-nin efirində çıxış edərkən deyib. O, AMEA-nın işlər idarəsinin müdiri vəzifəsinə təyin olunmasından da danışıb:
"İki aydan sonra Ramiz Mehdiyev məndən AMEA-nın işlər idarəsinin müdiri vəzifəsinə gəlməyimi xahiş etdi. İşlədiyim dövrdə aramızda heç bir problem yox idi. Hətta Ramiz Mehdiyev özü Rəyasət Heyətinin iclaslarının birində görülən işlərlə bağlı mənim ünvanıma tərif dedi.
Nəhayət, aprel ayının 12-i Ramiz Mehdiyev məni yanına dəvət edib dedi ki, guya, yuxarıdan göstəriş var ki, mən həmin vəzifədən getməliyəm. Mən isə ona dedim ki, axı mən niyə getməliyəm?! Axı, bu qədər işlər görmüşəm. Daha sonra mən araşdırma apardım və məlum oldu ki, yuxarıdan heç bir göstəriş olmayıb. Bu, Ramiz Mehdiyevin hiyləgər siyasətidir".
Murad İbrahimli