Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkədə ağlayan körpəni qucağına götürərək sakitləşdirən "BakuBus" sürücüsünün görüntüləri yayılıb.
"Unikal" xəbər verir ki, sürücü Oqtay Novruzov bu barədə İTV-yə danışıb.
"2016-cı ildə belə bir hadisə olmuşdu bizdə. Bir sərnişinin epilepsiyası tutmuşdu. O sərnişinə ilkin tibbi yardım göstərdik. Təcili tibbi yardım briqadasına sərnişini təhvil verdikdən sonra yolumuza davam etdik", - O.Novruzov bildirib.