Xəbər verdiyimiz kimi, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyin tərkibindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis general-mayoru Əkbər Yusifov bir müddət öncə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
"Unikal" xəbər verir ki, nazir Vilayət Eyvazovun digər əmri ilə polis polkovniki Elşad Süleymanov Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyin tərkibindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi təyin edilib.
Elşad Süleymanov bu təyinata qədər Türkiyədəki Azərbaycan səfirliyində eyni vəzifədə olub.