Saatlının sabiq icra başçısı Cahangirov Atabəy Şahmur oğlu vəfat edib.

"Unikal" xəbər verir ki, sabiq icra başçısı 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Atabəy Cahangirov 1975-1981-ci illərdə rayon komsomol komitəsində işləmiş, sonradan Saatlı rayon partiya komitəsinin katibi (1981-1987), 1987-1992-ci illərdə 1-ci katibi, rayon Sovetinin sədri, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.