Türkiyəli rejissor-aktyor Yılmaz Erdoğan "Organize işler" filminin serialını çəkəcəklərini açıqlayıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor müsahibəsi zamanı çəkilişlərin avqustda başlayacağını bildirib:
"8 bölümlük serial olacaq. Hazırda ssenarisini yazıram. Daha sonra isə kimlərin rol alacağı bəlli olacaq. Filmdəki aktyorlardan da rol alan olacaq, yeni simalar da oynayacaq".
Qeyd edək ki, "Organize işler"in filmində Kıvanç Tatlıtuğ, Ezgi Mola, Bensu Soral, Rıza Kocaoğlu kimi bir çox məşhur simalar rol alıb.