Respublika Klinik Uroloji Xəstənasının baş həkimi Pərviz Hacıyev vəzifəsindən azad olunub.
"Unikal" xəbər verir ki, bu barədə o, özü məlumat verib.
Həkim öz inkişafına və pasiyentlərinə daha çox vaxt ayırmalı olduğunu bildirib.
P.Hacıyev etimad göstərdiklərinə görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinə təşəkkür edib.