Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi səfər edəcəyi Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən hündür binası olan Bürc Xəlifə Türkiyə bayrağı ilə işıqlandırılıb. 

"Unikal" xəbər verir ki, göydələndə "Xoş gəlmisiniz" yazıları ilə bərabər Türkiyənin Dövlət Himni də səsləndirilib. 

Qeyd edək ki, Ərdoğan fevralın 14-15-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edəcək. 

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlərin bütün aspektlərdə qiymətləndiriləcəyi, əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının müzakirə ediləcəyi bildirilir.

Ağarza Elçinoğlu