İçərisində 7 nəfərin olduğu təyyarə ABŞ-nin Şimali Karolina ştatının sahillərində suya düşüb. 

"Unikal" yerli WCTI telekanalına istinadən xəbər verir ki, hazırda xilasedicilər axtarış aparır.

Yerli rəsmilər bildiriblər ki, təyyarə bazar günü günortadan sonra Carteret qraflığının sahilindən 4 mil (təxminən 6,5 kilometr) şərqdə qəzaya uğrayıb. Rəsmilərin sözlərinə görə, təyyarənin göyərtəsində pilot da daxil olmaqla dörd yeniyetmə və üç böyük şəxs olub.

Qeyd olunub ki, təyyarə radar ekranından itməzdən əvvəl "düzgün" uçub. Axtarışa iki sahil mühafizə kateri, bir qayıq və bir helikopter göndərilib.

Ağarza Elçinoğlu