Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 döyüş təyyarələri 9-20 may tarixləri arasında Yunanıstanda keçiriləcək NATO-nun "Tiger Meet 2022" təlimində iştirak edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, təlimdə Balıkəsirdə yerləşən 192-ci hava qüvvələri iştirak edəcək.