İranda ötən sutka ərzində 28 956 nəfər koronavirusa (COVID-19) yoluxub, 168 nəfər ölüb.
"Uniikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 133 886 nəfərə, yoluxanların sayı isə 6 835 221 nəfərə çatıb. Virus daşıyıcılarından 3 410 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 327 200 nəfər koronavirusdan sağalıb, 46,1 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 138 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 61,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 21,4 milyon təşkil edir.