Rusiya dövlət televiziyası ukraynalı millətçilərin ölkənin şərqində yaşayan ruslara qarşı hücum planlaşdırdığını iddia edərək yeni təbliğat addımı atıb.
"Unikal" xəbər verir ki, məşhur aparıcı, tez-tez “Putinin sözçüsü” kimi tanınan Dmitri Kiselyov bazar günü yayımlanan xəbər proqramında Ukraynanın Donbass bölgəsində minlərlə mülki şəxsin “işgəncələrə məruz qaldığını və vəhşicəsinə öldürüldüyünü” iddia edib.
Kiselyov həmçinin, "Öldürməyə hazırlaşırlar" başlıqlı epizodda ukraynalı millətçilərin "hamınızı öldürüb doğrayacağınız və uşaqlarınızı kabellərə asacağı ilə" hədələyən bölgədəki separatçı döyüşçünün müsahibəsini də təqdim edib.
Böyük Britaniyada çıxan "Daily Mail" qəzeti bu xəbəri Rusiya dövlətinin təbliğatı kimi elan edib. Kremlin ölkədə yaşayan etnik rusları “müdafiə etmək” əsasında hərbi əməliyyatlara haqq qazandırmaq üçün istifadə etdiyini vurğulayıb.
Son vaxtlar Ukrayna və Rusiya arasında gərginlik artsa da, Vaşinqton keçən həftə işğalın tezliklə baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Rusiya isə ABŞ və Britaniyanı “Ukraynada qeyri-qanuni müharibəni qızışdırmaqda” ittiham edib . Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün verdiyi açıqlamada "Hazırda şahidi olduğumuz şey açıq-aşkar müharibə təbliğatıdır" deyə açıqlama verib.
Gülayə Mecid