Fransanın cənubunda ərzaq mağazasında güclü partlayış baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər həlak olub.
Bildirilir ki, daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərdən biri yanğından xilas olmağa çalışaraq ikinci mərtəbədən özünü atıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Dörd nəfər itkin düşmüş hesab olunur.