Rusiyanın Tacikistandakı hərbi bazasının hərbçiləri ölkənin dağlıq bölgələrində S-300 PS raketdən müdafiə sistemi və hücum helikopterlərinin iştirakı ilə təlimlərə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Hərbi Birliyi açıqlama yayıb.

Bildirilir ki, Rusiyanın 201-ci hava bazasına məxsus Mi-8MTB5-1 və Mi-24 helikopterlərinin ekipajları Tacikistanın dağlıq bölgələrində təlimlərə başlayıb. Motoatıcı birləşmələrə dəstək olaraq ekipajlar Sambuli poliqonunda "düşmən"in hədəflərinə raket zərbələri endirəcək.