Son günlər ölkədə koronavirusa yoluxma sayının artması ilə əlaqədar universitetlərdə dərslərin distant rejimdə davam etdirilməsinə dair təkliflər irəli sürülür.
Məsələ ilə bağlı deputat Fazil Mustafa "Unikal"a açıqlamasında bu barədə fikir söyləməyin çətin olduğunu bildirib:
"İnsan üçün birinci növbədə can sağlığıdır. Yoluxma sayı kəskin şəkildə artdığı üçün universitetlərdə tədrisin təşkili ilə bağlı qərar verilməlidir. Bu, çox ciddi məsələdir. Mən belə bir qərar verilməsinə bir qədər tərəddüdlə yanaşıram, çünki universitetlərdə əyani dərslərin dayandırılması virusun qarşısının alınması kimi düşünülə bilər, amma bunun faydalı olub-olmayacağını mütəxəssislər söyləməlidir.
Hər halda, təhsil də önəmlidir. Əgər insanların sağlamlığı üçün ciddi bir təhlükə varsa, bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Ola bilsin ki, universitetlərdə dərslərin distant formada keçirilməsi ilə bağlı qərar qəbul edilsin".
Murad İbrahimli