Böyük Britaniyanın vəliəhd şahzadəsi Çarlzın həyat yoldaşı Kamilla koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, bu barədə şahzadənin mətbuat xidməti məlumat yayıb.
Hazırda Kamilla öznütəcrid rejiminə alınıb.
Qeyd edək ki, fevralın 10-da şahzadə Çarlzın ikinci dəfə koronavirusa yoluxduğu bildirilmişdi.